“Mançester Yunayted”in keçmiş futbolçusu MLS klubuna keçdi

18.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Mançester Yunayted” və Niderland millisinin keçmiş müdafiəçisi Tirell Malasiya MLS-in “Sinsinnati” klubunun futbolçusu olub.

İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu Amerika komandasına azad agent kimi qoşulub. Tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulan və 2027/28 mövsümünün sonunadək uzadılması imkanı olan müqavilə imzalayıblar.

Malasiya 2022-ci ildə “Feyenoord”dan “Mançester Yunayted”ə keçib. “Old Trafford”da çıxış etdiyi müddətdə müdafiəçi bütün turnirlərdə 50 rəsmi matçda forma geyinib.

Malasiya Niderland millisinin heyətində 9 oyun keçirib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью