“Mançester Yunayted”in məşqini buraxdı

12.01.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Markus Reşfordun “Mançester Yunayted”i gec-tez tərk etmək ehtimalı durmadan artır.
O, komandanın çərşənbə günü keçirilən məşqini buraxıb. Hücumçu fərdi proqram əsasında məşq edib. Bir neçə gün əvvəl Markusun “Milan”a keçə biləcəyi haqda xəbər yayılmışdı. Onun agentinin İtaliya klubu ilə danışıq aparmaq üçün bu ölkəyə yollandığı məlum idi.
Yeri gəlmişkən, Reşford bu mövsüm meydana çıxdığı 15 oyunda 4 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью