Mançester Yunaytedin müdafiəçisi zədələndi: millimizə qarşı oynamayacaq

17.11.2024

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsveç milli komandası UEFA Millətlər Liqasının 6-cı turunda doğma meydanda Azərbaycan seçməsini qəbul edəcək.

Sportal.az xəbər verir ki, Skandinaviya təmsilçisi ciddi itki ilə üzləşib.

İsveç yığmasının müdafiəçisi Viktor Lindelof sıradan çıxıb. Bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Mançester Yunayted"in futbolçusu yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью