“Mançester Yunayted”in niderlandlı məşqçiyə ödədiyi təzminat bəlli olub

28.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erik ten Haqın "Mançester Yunayted"dən qovulduqdan sonra nə qədər təzminat aldığı məlum olub. Sport24.az "Metro"-ya istinadən xəbər verir ki, "Mançester Yunayted" 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilənin vaxtından əvvəl ləğvi üçün niderlandlı mütəxəssisə və köməkçilərinə ümumilikdə 10,4 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayından "qırmızı şeytanlar"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında İngiltərə kubokunu (2023/24) və İngiltərə Liqa kubokunu (2022/23) qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью