“Mançester Yunayted”in Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri yayılıb

20.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Yunayted” futbol klubunun Maurisio Poçettinonun rəhbərliyi altında keçirdiyi ilk məşqin görüntüləri naməlum şəxslər tərəfindən qeydə alınıb.

İdman.Biz xəbər verir ki, “YouTube” platformasında yeni baş məşqçinin və onun köməkçilərinin futbolçularla işlədiyi 12 dəqiqəlik video yayımlanıb. Görüntülər klubun Karrinqtondakı bazasının üzərində uçan dron vasitəsilə çəkilib.

Videonun müəllifi həmin ərazidə uçuşlara məhdudiyyət olmadığını və Böyük Britaniyanın Mülki Aviasiya İdarəsinin qaydalarına uyğun hərəkət etdiyini iddia edib.

Klub isə hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb. Komanda noyabrın 22-də “Liverpul”la qarşılaşacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью