Mançester Yunaytedin qapıçısı humanitar fəaliyyətinə görə mükafatlandırılıb | Icma.az
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Andre Onana vətəni Kamerunda Afrikadakı humanitar fəaliyyətinə görə Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPRO) təsis etdiyi "FIFPro Player Impact" mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə FIFPRO bəyanat yayıb. 28 yaşlı qapıçının öz adını daşıyan fondu Saxaranın cənubundakı imkansız ailələrə p
"Andre Onana Fondu" ilə işləyən tibb mütəxəssislərinin son üç ildə 1200-dən çox cərrahiyyə əməliyyatı həyata keçirdikləri bildirilib.
Mükafatın bir hissəsi kimi FIFPRO-nun A.Onananın xeyriyyə təşkilatına 10000 dollar ianə edəcəyi bildirilib.
Qeyd edək ki, kamerunlu qolkiper "Mançester Yunyted"də bu mükafatı alan ikinci futbolçu olub.
Daha əvvəl, 2020-ci ildə Markus Reşford İngiltərədə imkansız uşaqlar üçün məktəbdə pulsuz yemək kampaniyası keçirdiyi üçün eyni mükafata layiq görülmüşdü.
Bizim WhatsApp kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu