Mançester Yunayted”in sabiq çalışdırıcısı Almaniyay yollana bilər

08.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Leyptsiq" rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb. Sport24.az xəbər verir ki, namizədlər arasında "Çelsi"nin sabiq çalışdırıcısı Qrem Potter və "Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq var.

Bu barədə "The Sun" məlumat yayıb. Almaniya klubunun hazırkı baş məşqçisi Marko Roz komandanın nəticələrini yaxşılaşdırmazsa, Potter və ya Ten Haq onu əvəz edə bilər.

"Vest Hem" və "Vulverhempton"un da Potterin fəaliyyətində maraqlı olduğu bildirilib.

Qeyd edək ki, "Leyptsiq" Almaniya Bundesliqasının 13 turundan sonra 24 xal toplayıb və hazırda dördüncü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью