Mançester Yunaytedin sabiq futbolçusu dünyasını dəyişdi

05.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in sabiq futbolçusu Toni Yanq dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

T.Yanq 71 yaşında vəfat edib.

Sabiq müdafiəçi 1969-1976-cı illərdə "qırmızı şeytanlar"da oynayıb. O, ümumilikdə 97 matçda meydana çıxıb. 

T.Yanq karyerası ərzində "Şarlton Atletik", "York Siti" və "Rankom" klublarının formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью