Mançester Yunaytedin satacağı 3 futbolçu

02.01.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in qış transfer pəncərəsinə satmaq istədiyi futbolçular müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Klub braziliyalı yarımmüdafiəçi Kazemiro, danimarkalı pleymeyker Kristian Eriksen və isveçli müdafiəçi Viktor Lindelofla yollarını ayırmağı planlaşdırır.

"Qırmızı şeytanlar” yeni oyunçular almazdan əvvəl yuxarıda adı çəkilən futbolçulardan qurtulmaq niyyətindədir.

Xatırladaq ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 22 xalla 14-cü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью