Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçiriləcək.
Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşan komandalardan ikisi Londonda üz-üzə gələcək. “Tottenhem” “Bodo Qlimt”i sınağa çəkəcək.
Digər matçda isə “Böyük beşlik” təmsilçiləri görüşəcək. “Atletik” “Mançester Yunayted”i qəbul edəcək.
Qeyd edək ki, cavab oyunları mayın 8-də keçiriləcək.
Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may
23:00. “Atletik” – “Mançester Yunayted”
23:00. “Tottenhem” – “Bodo Qlimt”
İdman.biz