Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in təklifini rədd etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Barselona”nın yarımmüdafiəçisi Qavi “Mançester Yunayted”in təklifini geri çevirib.
QOL.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik 22 yaşlı futbolçunu komandasında görmək istəyib. “Qırmızı şeytanlar” onun transferi üçün 35 milyon funt sterlinq, yəni təxminən 41 milyon avro ödəməyə hazır olub.
Lakin Qavi “Old Trafford”a keçməkdən imtina edib. İspaniyalı futbolçu “Barselona”dan ayrılmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Qavi “Barselona” akademiyasının yetirməsidir. O, Kataloniya klubunun əsas komandasında 166 matç keçirib, 10 qol vurub və 18 məhsuldar ötürmə edib.