“Mançester Yunayted”in transfer planı

11.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Mançester Yunayted” “Kristal Pelas”ın futbolçusu Ebereçi Eze ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Premyer Liqa klubu 26 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro tələb edir.

“Mançester Yunayted” hazırda icarə əsasında “Aston Villa”da çıxış edən Markus Reşfordu bu transferdə istifadə etmək istəyir. Klub Reşford və müəyyən qədər məbləğ qarşılığında Ezeni transfer etmək niyyətindədir.

Eze bu mövsüm 36 oyunda 7 qol vurub, 11 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью