Mançester Yunaytedin yeni baş məşqçisi 7 futbolçunun yola salınmasını istəyir | Icma.az
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim komandadan ayrılmalı olan futbolçuların siyahısını hazırlayıb.
Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 7 futbolçunu heyətdə görmək istəmir. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Amorim Antomi, Kazemiro, Conni Evans, Tirel Malasiya, Kristian Eriksen, Viktor Lindelöv və Harri Maquayrla yolların ayrılmasını istəyir.
39 yaşlı məşqçi bununla bağlı klub rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, Ruben Amorim "Mançester Yunayted"lə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu