“Mançester Yunayted”in yeni baş məşqçisi bu səbəbdən İngiltərəyə yollana bilmir

11.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Mançester Yunayted" yeni baş məşqçisi Ruben Amorim viza probleminə görə Böyük Britaniyaya uça bilməyib. Sport24.az "The Times"-a istinadən xəbər verir ki, prosesin daha bir neçə gün uzana biləcəyi vurğulanıb. 39 yaşlı portuqaliyalı mütəxəssis bu gün komandaya qoşulmalı idi.

Qeyd edək ki, Amorimin "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, 2020-ci ildən ölkəsində "Sportinq"də çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью