“Mançester Yunayted”la “Liverpul” mərakeşli yarımmüdafiəçi uğrunda mübarizə apara bilərlər

03.07.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mançester Yunayted” və “Liverpul” Mərakeş və “Roma”nın yarımmüdafiəçisi Neil El Aynaui ilə maraqlanır.

İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, vasitəçilər 25 yaşlı futbolçunun transfer imkanları ilə bağlı bu klublarla danışıqlar aparıblar.

Mənbənin məlumatına əsasən, “Roma” uyğun təklif alacağı təqdirdə oyunçunu satmağa hazırdır.

El Aynaui 2026-cı il dünya çempionatında Mərakeşin dörd oyununun hamısında oynayıb. Müdafiəçi həmin matçlarda qol vurmayıb.

El Aynauinin “Roma” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 23 milyon avrodur.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью