Mançesterdə sinaqoqa hücum terror aktı kimi qiymətləndirilib

02.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

London, 2 oktyabr, AZƏRTAC

Bu gün İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum terror aktı kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Londonun “New Scotland Yard” qərargahının qarşısında bəyanatla çıxış edən Milli Terrorla Mübarizə İdarəsinin rəhbəri polis rəis müavini Lourens Teylor məlumat verib. Onun sözlərinə görə, əldə olunan məlumata əsasən, hadisə rəsmi olaraq terror insidenti elan edilib.

Polis rəsmisi, həmçinin bildirib ki, hücumla bağlı iki nəfər saxlanılıb. Hücum nəticəsində iki mülki şəxs həlak olub. Hücumçu olduğuna inanılan şəxs isə polis tərəfindən güllələnib. Hadisə zamanı yaralanan üç nəfərin vəziyyəti ağırdır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью