Mançesterdən gözlənilməz gediş

02.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Mançester Yunayted”in qapıçısı Altay Bayındır İngiltərə klubundan ayrılmağa yaxındır.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı qolkiper karyerasını icarə əsasında “Selta Viqo”da davam etdirəcək.

Danışıqların yekun mərhələdə olduğu və rəsmi elanın gələn həftə verilməsinin planlaşdırıldığı bildirilir. Türkiyəli qapıçı tibbi müayinədən keçdikdən sonra Viqo təmsilçisinin İtaliyadakı təlim-məşq toplanışına qoşulacaq.

2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edən Altay Bayındır əsas heyətə düşə bilməyib və üç mövsüm ərzində cəmi 17 matçda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью