Mançesterdən Neapola

01.09.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rasmus Höylunn tezliklə klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Napoli” və “Mançester Yunayted” onun icarəsi ilə bağlı razılığa gəliblər. İnsayder Fabritsio Romanonun məlumatına görə, İtaliyanın son çempionu danimarkalı hücumçunu 6 milyon avroya icarəyə götürəcək.
Müqavilədə 44 milyon avroya satınalma bəndi də nəzərdə tutulub. Bu şərt müəyyən göstəricilər yerinə yetirildiyi halda məcburi olacaq.
Ramus “Mançester Yunayted”ə 2023-cü ilin yayında transfer olunub. O vaxtdan komandanın heyətində 95 matça çıxıb, 26 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью