Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Dünya futbolunun önəmli mütəxəssislərindən olan, İtaliya yığması ilə Avropa çempion
''Football-plus.az'' xəbər verir ki, təcrübəli italiyalı çalışdırıcı 2013/14 mövsümündə ''Qalatasaray''da işləyib.
Mançinini dinləyək: ''İki komandanın da heyətində önəmli isimlər var. Amma derbinin həlledici oyunçuları Osimhen ilə Ceko olacaq.
İkisi də liderdi və önəmli karyeraya malikdilər. Okan Burukun Mourinyo ilə müqayisədə təcrübəsi azdı.
Mourinyo həm futbolu, həm də belə matçların ab-havasını gözəl bilir. Çünki buna bənzər yüzlərlə oyunda məşqçilik edib.
Digər tərəfdən Okan Buruk son iki mövsümdə çempion olub və Türkiyənin ən yaxşı gənc məşqçisidi.
Türkiyədə çalışdığım dönəmlə bağlı gözəl xatirələrim var. Türk xalqını sevirəm. İstanbul möhtəşəm şəhərdi. Açığı, İstanbul üçün darıxmışam.
Bir gün Türkiyəyə dönməyim mümkündümü? Hər şey ola bilər. ''Qalatasaray''da gözəl günlərim keçdi, əla dostlar qazandım.