Mançini Genuyaya qayıda bilər

09.04.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Roberto Mançini tezliklə işsizliyə son qoya bilər.
"Football-plus.az" xəbər verir ki, onun yenidən vətəni İtaliyada işləmək şansı var. Yerli mənbələr 60 yaşlı mütəxəssisin xidmətində “Sampdoriya”nın maraqlı olduğunu xəbər verir. Komanda hazırda B seriyasında sonuncu yerlərdən birini tutur. Lenardo Sempliçi baş məşqçi vəzifəsindən istefaya göndərilib. Onun yerini Mançininin tutmaq şansı var.
Qeyd edək ki, təcrübəli mütəxəssis ötən il Səudiyyə Ərəbistanı yığmasından ayrılandan sonra işsizdi. Mançininin 1982-97-ci illərdə Genuya klubunda çıxış etdiyini də xatırladaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью