Mançini ingilislərlə razılaşmadı

20.10.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Nottingem Forest” klubu baş məşqçi postuna Roberto Mançinini gətirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin nümayəndələri 60 yaşlı mütəxəssislə görüşüb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mançini ilə görüşdə razılıq əldə edilməyib.

Son olaraq Səudiyyə Ərəbistanı millisində işləyən mütəxəssis 2024-cü ildən işsizdir.

“Nottingem Forest” bir neçə gün əvvəl baş məşqçi Ange Postekoqlu ilə yollarını ayırıb. Komanda Premyer Liqada 18-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью