Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Mançester Siti” ətrafında yaranmış vəziyyətə münasibət bildirib. O, 2009-2013-cü illərdə İngiltərə klubuna rəhbərlik edib.
İdman.Biz AP-a istinadən xəbər verir ki, Mançini “Mançester Siti”nin qayda pozuntuları ilə bağlı məsələnin onu maraqlandırmadığını deyib.
“Mançester Siti”nin işi? Bu, məni narahat etmir. Təəssüf ki, bu, “Mançester Siti”nin problemidir. Bu, mənim aid olduğum problem deyil”, – deyə Mançini bildirib.
Qeyd edək ki, “Mançester Siti” müstəqil komissiyanın klubu 115 ittihamdan 114-də təqsirli bilməsindən sonra apellyasiya şikayəti verib. Məlumata görə, 2009-2018-ci illərdə klub 830 milyon funt-sterlinqdən çox gizli maliyyələşməni ört-basdır etmək üçün maliyyə sxemindən istifadə edib.
“Şəhərlilər”in müdafiəsində əsas sponsorluq müqavilələrinin birbaşa klubun sahibləri tərəfindən deyil, Abu-Dabi hökuməti tərəfindən maliyyələşdirildiyini iddia edəcəyi gözlənilir.
Mediada Mançininin “Mançester Siti”də çalışdığı dövrdə rəsmi maaşından əlavə gəlir əldə etdiyi ikinci müqaviləsinin olduğuna dair məlumatlar yayılıb.