Mançini Mbappeyə risk etməməyi məsləhət gördü

12.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Fransa yığmasının hücumçusu Kilian Mbappenin zədə səbəbindən qarşıdakı görüşü buraxmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun tam bərpa olunmasının vacibliyini vurğulayıb:

“Mbappeyə risk etməməyi məsləhət görərdim. Çünki qarşıda onu Çempionlar Liqası gözləyir və yaxşı bərpa olunmalıdır. Amma Fransanın o qədər güclü hücumçusu var ki, onun yoxluğu elə də ciddi əhəmiyyət daşımır”.

Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda keçiriləcək İtaliya - Fransa qarşılaşması bu gün Milandakı “San Siro” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью