Mançini: “Özümüzü sübut etməliyik”

13.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında Fransaya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Fransanı məğlub etmək asan deyildi. Onların inanılmaz oyunçuları var və hər an təhlükə yaratmağı bacarırlar.

Birinci hissədə kobud səhvimizdən sonra qol buraxdıq. Bundan sonra rəqibin yenə epizodları oldu və özümüzə bənzəmirdik. Kifayət qədər boşluqlar verirdik. Lakin ikinci hissədə bunların öhdəsindən gələ bildik. Komandam olduqca yaxşı çıxış etdi və vacib qələbə qazandı.

Gənc heyətimiz var, özümüzü sübut etməliyik. Hər qalibiyyət inamımızı daha da artırır”.

İtaliya qrupda 5 turdan sonra 10 xalla birinci sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью