Mançini Türkiyə üzərində qələbədən danışdı

06.10.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Mançini Türkiyə üzərində qələbədən danışdı

İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının 4-cü turunda Türkiyə üzərində 3:1 hesablı qələbəni şərh edib.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, komandasının matçın gedişində yorulduğunu və bəzi əvəzləmələrin zərurətdən edildiyini bildirib: “Əvəzləmələrə baxmayaraq, komandanın yorulduğu hiss olunurdu. İki futbolçunun artıq sarı vərəqəsi var idi və dəyişikliklərə ehtiyacımız oldu”.

Mütəxəssis futbolçularının xarakter nümayiş etdirdiyini vurğulayıb: “Xarakter göstərdik və oyuna qayıda bildik. Yaxşı futbol nümayiş etdirdik və eyni ruhda davam etməliyik”.

Mançini Rikardo Kalafyorinin artıq millidə liderə çevrildiyini, digər gənc futbolçuların isə belə matçlara ehtiyac duyduğunu qeyd edib.

Baş məşqçi Françesko Pio Espozito barədə də yüksək fikirlər səsləndirib: “Düşünürəm ki, iki ildən sonra Espozito Luka Toni və ya Kristian Vyerinin səviyyəsinə çata bilər. O, möhtəşəm futbolçudur və əla mərkəz hücumçusuna çevrilə bilər”.

O, həmçinin Canluka Skamakkadan daha çoxunu gözlədiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью