Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Mançiniyə ölkəsindən təklif var.
İdmanxeber.az-ın məlumatına görə, B Seriyası təmsilçisi “Sampdoriya” italiyalı mütəxəssisi baş məşqçisi gətirmək istəyir.
Komanda cari mövsümdə zəif çıxış edir. Genuya təmsilçisi 32 turdan sonra 32 xal toplayıb və aşağı liqaya düşmə zonasındadır.