Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sabiq sədri, keçmiş deputat Qəzənfər Abdullayevlə bağlı yeni iddia yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, iddialara görə, yaxın günlərdə onun həbsi gözlənilir.
Xatırladaq ki, dünən onun deputat mandatına xitam verilib. Bundan əvvəl isə Qəzənfər Abdullayev Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa edib.
Mediada onun fəaliyyəti və əmlakları ilə bağlı müxtəlif məlumatların yayılmasından sonra Abdullayevin hüquq-mühafizə orqanlarının diqqətində olduğu və barəsində cinayət işi başlanıla biləcəyi, hətta həbs edilə biləcəyi iddia olunur.
Əli Hüseynov