Mandatı ləğv olunan deputatlar Onlar səlahiyyətləri niyə İTİRDİLƏR... | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Azərbaycandakı seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş Milli Məcli
Milli Məclisdə təmsil olunmaq deputatlar üçün bəzi üstünlüklər deməkdir. Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır.
Bu o deməkdir ki, deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz.
Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputata deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət var.
Milli Məclisin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir.
Azərbaycanda Milli Məclisin deputatı cinayət başında yaxalanarsa, həbs oluna bilər.
Deputat cinayət üstündə yaxalanarsa, onu tutan orqan dərhal Azərbaycanın Baş prokurorluğuna xəbər verməlidir.
Tam oxu
Xəbəri oxu