Mane Avropaya qayıda bilər

05.12.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Liverpul"un keçmiş hücumçusu, hazırda isə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu olan Sadio Mane Avropaya qayıda bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.

Məlumataa görə, 32 yaşlı seneqallı forvard İtaliya çempionatına keçə bilər.

Manenin xidmətinə "İnter" maraq göstərir.

Mane 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır.

Futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью