Mane dubl etdi, Ronaldu qol vurdu, ƏlNəsr qazandı

10.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun komandası - "Əl-Nəsr" Pro Liqanın 14-cü turu çərçivəsində bu gün "Əl-Ohdud"u qəbul edib.

Fanat.Az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə qonaqların hücumçusu Saviur Qodvin açıb. 29-cu dəqiqədə "Əl-Nəsr"in ünlü vingeri Sadio Mane tarazlığı bərpa edib. İlk yarının sonlarına yaxın Ronaldu adını tabloya yazdırıbsa, 88-ci dəqiqədə Mane dublunu rəsmiləşdirib.

Qeyd edək ki, 14 oyuna 28 xal yığan "Əl-Nəsr" çempionatın turnir cədvəlinin 4-cü pilləsindədir. 12 xala malik "Əl-Ohdud" isə 14-cü yerdədir. 

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью