Mane Türkiyə nəgənginə transfer olur

24.01.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubundan ayrılmaq istəyən Sadio Mane Türkiyəyə transfer ola bilər.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” klubu seneqallı futbolçunu transfer etmək üçün hərəkətə keçib. İddialara görə, futbolçu Türkiyədə futbol oynamağa razılıq verib. Transferin son detallarının müzakirə olunduğu irəli sürülür. “Beşiktaş”ın futbolçuya iki illik müqavilə təklif etdiyi bildirilir.

Qeyd edək ki, yüksək məvacib qarşılığında "Əl-Nəssr" klubuna transfer olan Sadio Manenin krallıqda xoşbəxt olmadığı irəli sürülmüşdü. Hələ mövsümün əvvəlində onun klubdan ayrıla biləcəyi bildirilmişdi. Məlumata görə, futbolçunun xidmətində bir sıra klublar maraqlıdır. Sadio Mane bu mövsüm "Əl-Nəssr"in heyətində 26 oyun keçirib. Təcrübəli futbolçu bu oyunlarda 7 qol və 6 məhsuldar ötürməyə imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью