Manevr edib təhlükə yaratdı, sonra isə sağdan ötüb uzaqlaşdı VİDEO

15.10.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-YS-189 qeydiyyat nişanlı "Seat" markalı avtomobilin sürücüsü sol zolaqda avtomobilin olduğunu görsə də manevr etməyə başlayıb. O, görüntünü qeydə alan avtomobili sıxışdıraraq qarşısına keçib. Daha sonra isə sağdan ötmə edərək növbəti dəfə qaydaları pozub.

Sözügedən videonu təqdim edirik.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью