Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
İrkutsk vilayətinin Bayanday kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
İlkin məlumata görə, "Honda" markalı avtomobili idarə edən 63 yaşlı sürücü Ust-Ordınski qəsəbəsindən Bayanday istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozub. Təhlükəsizliyə əmin olmadan sola dönməyə cəhd edən sürücü qarşıdan gələn "FAW" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik maşınının sürücüsü və onun 14 yaşlı sərnişini ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtomobildə olan digər 13 yaşlı yeniyetməyə isə hadisə yerində ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev