Manifest barəsində tələb edilən cəza məlum oldu

07.10.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Türkiyədə verdikləri 18+ konsertdən sonra barəsində cinayət işi açılan “Manifest” musiqi qrupu ilə bağlı araşdırma yekunlaşıb.

Ölkə.Az xəbər verir ki, qrup üzvləri "özlərini sərgiləmə yolu ilə həyasızca hərəkətlər etməkdə" ittiham olunur. 

Prokurorluq musiqiçilərə 6 aydan bir ilə qədər həbs cəzası istəyib.

Prokurorluqdan bildirilib ki, konsert zamanı cəmiyyətin ümumi əxlaq, ədəb və həya anlayışına zidd davranışlar nümayiş etdirilib.

Bildirilib ki, bu cür hərəkətlər xüsusilə uşaqlara və gənclərə mənfi təsir göstərə və mədəni dəyərləri sarsıda bilər.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью