“Manifest”in qurucusunun 3 ilədək həbsi istənilir

22.10.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul Respublika Baş Prokurorluğu “Manifest” qrupunun qurucusu və meneceri Tolqa Akış barəsində aparılan istintaqı yekunlaşdırıb.

Axşam.az xəbər verir ki, Akışın “ədəbsizlik” ittihamı ilə barəsində 6 aydan 3 ilədək həbs cəzası tələb olunub.

Qeyd edək ki, son zamanlar Tolqa Akışın adı “Manifest”lə yollarını bir il əvvəl ayıran fotoqraf Mesut Adlinin iddiaları ilə gündəmə gəlib.

Adlin yutubda yayımladığı təxminən 15 dəqiqəlik videoda qrupunun iş sistemi, qrup üzvlərinin müqavilələri, gəlirlərin bölüşdürülməsi və şəxsi həyatları ilə bağlı müxtəlif iddialar səsləndirib. Adlin qrup üzvləri ilə 10 illik müqavilələr bağlandığını, “Spotify” və “YouTube” gəlirlərinin hamısının Tolqa Akışa verildiyini, konsert gəlirlərindən isə üzvlərin cəmi 10 faiz pay aldığını iddia edib.

O, həmçinin Tolqa Akışın “Manifest” üzvlərinin şəxsi həyatlarına da müdaxilə etdiyini irəli sürüb.

İddialardan sonra o, Tolqa Akış barədə hüquq-mühafizə orqanlarına şikayət edib, baş verənlərin ardından Adlin saxlanılıb. Adlin daha sonra sərbəst buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью