Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dietoloqdan şök açıqlama
Dietoloq bildirib ki, manqo sağlam meyvə hesab olunsa da, tərkibindəki yüksək təbii şəkər səbəbindən bəzi insanlar üçün qazlı şəkərli içkilərdən daha riskli ola bilər. Xüsusilə şəkərli diabet, insulin müqaviməti və artıq çəki problemi olan şəxslər manqonu nəzarətsiz miqdarda istehlak etdikdə qanda qlükoza səviyyəsinin sürətlə yüksəlməsi ilə üzləşə bilərlər.
Mütəxəssis vurğulayıb ki, "Coca-Cola"nın tərkibində əlavə şəkər olsa da, insanlar adətən onun zərərli olduğunu bildikləri üçün istehlakını məhdudlaşdırmağa çalışırlar. Manqo isə "faydalı məhsul" kimi qəbul edildiyindən çox miqdarda yeyilə bilir. Bu isə gündəlik şəkər qəbulunun normanı aşmasına səbəb ola bilər.
Bununla yanaşı, dietoloq qeyd edib ki, manqo vitamin C, A, antioksidantlar və lif baxımından zəngindir. Buna görə də sağlam insanların bu meyvədən tamamilə imtina etməsinə ehtiyac yoxdur. Əsas tövsiyə porsiya ölçüsünə diqqət yetirmək və balanslı qidalanma prinsiplərinə riayət etməkdir. Mütəxəssislər gündə 1–2 porsiyadan artıq meyvə istehlak etməməyi məsləhət görürlər.
Mənbə: Health Mail
Saglamolun.Az