Manqonun qurucusu bədbəxt hadisə nəticəsində öldü

14.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Manqo” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən zəngin adamlarından biri İsak Andik vəfat ediib.

Axar.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, 71 yaşlı iş adamı Kataloniyada dərəyə yıxılaraq ölüb.

Bildirilib ki, Andik ailə üzvləri ilə birlikdə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью