“Manqo”nun qurucusu dərəyə düşərək dünyasını dəyişib

14.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu, ölkənin ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El PaÍs" qəzeti məlumat yayıb.

Məlumata görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

“La Vanguardia” qəzeti bildirir ki, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.

Qeyd edək ki, “Manqo” şəbəkəsi 1984-cü ildə türk əsilli iş adamı İsak Andik tərəfindən təsis edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью