Manuel Noyer “Bavariya” tarixində yeni rekorda imza atıb

07.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında klub tarixinə düşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper çempionatın doqquzuncu turunda “Maynts”la səfər qarşılaşmasında meydana çıxaraq yeni yaş rekorduna imza atıb.

40 yaş 225 günlüyündə olan Noyer “Bavariya” tarixində Bundesliqada forma geyinən ən yaşlı futbolçu olub. O, əvvəlki rekordun sahibi Bernd Dreheri (40 yaş 198 gün) geridə qoyub.

Almaniyalı qapıçı həmçinin Bundesliqa tarixində meydana çıxan ən yaşlı üçüncü qolkiper olub. Bu göstəricidə yalnız Uli Ştayn (42 yaş 170 gün) və Toni Şumaxer (42 yaş 73 gün) ondan öndədir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью