Manuel Noyer həyat yoldaşından ayrıldı

14.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Manuel Noyer həyat yoldaşından ayrıldı

“Bavariya”nın qapıçısı Manuel Noyer həyat yoldaşı Anika Bissell ilə münasibətlərinə son qoyub.

QOL.az RTL-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu ilə 26 yaşlı həndbolçu oktyabrın əvvəlində ayrılıblar. “Bild” nəşri də bu məlumatı təsdiqləyib.

Cütlüyün evliliyi 3 ilə yaxın davam edib. Onlar 2020-ci ildən birlikdə olublar. Noyer və Bissell 2023-cü ilin noyabrında Tegernze gölü yaxınlığında rəsmi nikaha daxil olublar. 2025-ci ilin iyulunda isə Cənubi Tirolda toy mərasimi keçiriblər.

Qeyd edək ki, cütlüyün 2024-cü ilin martında oğlu dünyaya gəlib. Bu ilin payızın əvvəlində isə onların daha bir oğlu doğulub.

Xatırladaq ki, Noyer daha əvvəl Nina Vaysla ailəli olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью