Manuel Noyer ilk qırmızı vərəqəsini aldı

04.12.2024

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, “Bavariya” çempion və kubokun sahibi “Bayer”ə 0:1 hesabı ilə uduzaraq Almaniya Kubokunda mübarizəni dayandırıb.

Noyer 17-ci dəqiqədə "Bayer"in müdafiəçisi Ceremi Frimponqla cərimə meydançası xaricində toqquşub onu aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir, 539 oyun keçirib, bunun 255-də qol buraxmayıb.

Onun "Bavariya" ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью