Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu

23.08.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Manuel Noyer ən titullu alman futbolçu ünvanına yiyələnib.

Moderator.az xəbər verir ki, qolkiper bu uğura ötən gün Almaniya Superkuboku uğrunda qarşılaşmada imza atıb.

Qeyd edək ki, Almaniya Superkuboku uğrunda matçda "Borussiya Dortmund" və "Bavariya" klubları üz-üzə gəliblər. Qarşılaşma Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın heyətində qapını Manuel Noyer qoruyub. 40 yaşlı qolkiper üçün bu kubok karyerasında 36-cı titul olub.

Bununla da Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq rəsmən tarixin ən titullu alman futbolçusu adına yiyələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью