Manuela Traldi: Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir | I…
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanın biznesin aparılması ilə bağlı yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi Bakıda keçirilən "Global CEO Summit 2025"də çıxışı zamanı bildirib.
"Azərbaycanı müşahidə edən bir əcnəbi kimi, mən son 10 ildə ölkənin heyrətamiz inkişafının şahidi oldum.
Müasir Azərbaycan və onun biznes mühiti on il əvvəlkindən köklü şəkildə fərqlənir.
Ölkənin istehsalçı və ixracatçıya çevrildiyini görmək, həqiqətən, ruhlandırıcıdır.
Şirkətlərinizi nəinki yeni səviyyəyə qaldırdınız, həm də ölkənin özünü dəyişdirdiniz.
Bu, beynəlxalq aləmdə Azərbaycan haqqında təsəvvürü dəyişir.
Tam oxu
Xəbəri oxu