Manzambi UEFA Superkuboku uğrunda matçı buraxacaq

04.08.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Aston Villa"nın yeni yarımmüdafiəçisi Yohan Manzambi 12 avqustda PSJ ilə keçiriləcək 2026-cı il UEFA Superkuboku matçında iştirak etməyəcək.

İdman.Biz bildirir ki, Manzambi 2026-cı il dünya çempionatında İsveçrə millisində oynayarkən diz zədəsi alıb. Yarımmüdafiəçinin dəqiq sağalma müddəti hazırda məlum deyil.

20 yaşlı yarımmüdafiəçi 2024-cü ildən bəri "Frayburq"da çıxış edir. O, alman klubunda bütün yarışlarda 58 oyun keçirib, doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib. Keçən mövsüm Manzambi Avropa Liqasının "İlin Gənc Oyunçusu" seçilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью