Maqadanda terror cəhdinin qarşısı alınıb

18.09.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Maqadanda terror aktı planlaşdıran brakonyerləri saxlayıb.

Teleqraf xəbər verir ki, FTX sərhəd idarəsinin binasını yandırmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

"Maqadan vilayətinin təhlükəsizlik orqanları terror aktı hazırlayan iki Rusiya vətəndaşının qeyri-qanuni fəaliyyətini dayandırıb", - deyə məlumatda qeyd olunur.

Daha öncə brakonyerlik fəaliyyətinə görə saxlanılmış şəxslər sərbəst buraxılandan sonra sərhəd nəzarəti binasını yandırmaq qərarına gəliblər.

Faktla bağlı terror aktına hazırlıq maddəsi üzrə cinayət işi açılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью