MAQATE 400 kiloqram uranın aqibətini sorğuladı

25.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərində yoxlamaların dərhal bərpasına dair çağırış edib.

Bakupost.az xəbər verir ki, o, həmçinin İrandan 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın aqibətini aydınlaşdırmağı tələb edib.

Lakin İran parlamenti MAQATE ilə əməkdaşlığı dayandırdığını açıqlayıb. Rəsmi Tehran Qrossinin hesabatlarını “yalan” adlandıraraq, bu məlumatların İsrailin hücumlarına bəraət qazandırmaq üçün istifadə edildiyini bildirib.

İran rəsmiləri hesab edir ki, Qrossinin qərəzli və əsassız hesabatları regionda gərginliyin artmasına xidmət edir.

Hazırda tərəflər arasında diplomatik əlaqələr minimum səviyyəyə enib.


Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью