MAQATE avtomobili Ukraynada PUA ilə vuruldu Video

11.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bu gün Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına rotasiya zamanı MAQATE avtomobilinə hücum olub.

Axar.az xəbər verir ki, bu barədə danışan MAQATE-nin Baş direktoru Rafael Qrossi hadisəni pisləyib.

Bildirilib ki, avtomobil PUA ilə vurulub. Avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisənin Ukraynanın nəzarətində olan ərazilərdə baş verdiyi qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью