MAQATE dən İranla bağlı SOS

27.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İranın silah səviyyəsinə yaxın saflıqda zənginləşdirilmiş uran ehtiyatı kəskin şəkildə artıb və hələ də agentliklə bu ölkə arasında olan mübahisəli məsələlərin həllində irəliləyiş əldə olunmayıb.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yeni hesabatında bildirilib.

“İslam Respublikası son üç ayda yüksək zənginləşdirilmiş uran ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb və bu tendensiya davam edərsə, İranın uran ehtiyatları nəzəri cəhətdən altı nüvə bombası hazırlamaq üçün kifayət edə bilər”, - hesabatda xəbərdarlıq edilib.

Bildirilib ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra İran uranın zənginləşdirilməsini atom bombası hazırlamaq üçün istifadə olunmağa yaxın səviyyəyə çatdırıb.

Qeyd edək ki, bundan əvvəlki məlumata görə, İranın 60%-lik uran ehtiyatlarının həcmi fevralın 8-ə kimi təxminən 275 kiloqrama çatıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 92,5 kiloqram çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью