MAQATE İranla bağlı nüvə danışıqlarına təkan vermək üçün qətnamə qəbul edib

22.11.2024

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

MAQATE İranla bağlı nüvə danışıqlarına təkan vermək üçün qətnamə qəbul edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Şurası İrandan bu qurumla əməkdaşlığı təcili şəkildə təkmilləşdirməyi və “ətraflı” hesabat təqdim etməyi tələb edən qətnamə qəbul edib. Sənəd Tehranı yeni nüvə danışıqlarına sövq etməlidir.

Müvafiq qətnamə Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 35 ölkənin İdarə Heyəti tərəfindən qəbul edilib.

Qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edən Britaniya, Fransa, Almaniya və Amerika Birləşmiş Ştatları İranın uran ehtiyatlarının məhdudlaşdırılması ilə bağlı bəyanatlarını qeyri-kafi və qeyri-səmimi adlandırıblar.

Diplomatların fikrincə, qətnamənin ləğvi məsələsi Tehranın bundan sonrakı addımlarından asılıdır.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью