MAQATE rəhbəri Rusiya və Ukraynaya səfər etməyi planlaşdırır

22.01.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın bir neçə həftə ərzində Rusiya və Ukraynaya səfər etmək niyyətindədir. 

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

MAQATE rəhbəri Zaporojye atom elektrik stansiyası ərazisində artan hərbi fəallıqdan narahat olduğunu bildirib.

Qeyd edək ki, Rosatom-un baş direktoru Aleksey Lixaçev yanvarın 4-də bildirib ki, bu il Qrossi ilə görüşləri və məsləhətləşmələri davam etdirməyi planlaşdırır.  

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью